Ermənistanın Qeqarkunik rayonunda naməlum şəxs Vardenis rayon polis bölməsinə qumbara atıb.
Ednews Ermənistan KİV-nə istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan olmasa da, polis bölməsinin binasına ciddi ziyan dəyib.
Kustar üsulla hazırlanmış qumbaranı kim tərəfindən, hansı şəraitdə atıldığını araşdıran operativ qrup yaradılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə-tibbi ekspertləri hadisə yerinə cəlb olunublar.