İsrail hakimiyyəti ukraynalı qaçqınlara aylıq müavinət ödəməyi dayandırır.
Ednews xəbər verir ki, bu barədə məlumatı “Haaretz” qəzeti yayıb.
Bildirilib ki, İsrail hakimiyyəti müvəqqəti fərmanın müddətini uzatmayıb.
Qeyd edilib ki, bu fərmanın əsasında hərbi əməliyyatlar səbəbindən ölkəsini tərk edən ukraynalılar aylıq maliyyə yardımına arxalana bilərdilər.