Gümrüdə 102-ci Rusiya hərbi bazasının önündə “Bever” “Milli Demokratik Qütb” radikal hərəkatının aksiyası keçirilir.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan KİV-i yayıb.
Xatırladaq ki, yanvarın 8-də radikal hərəkatın 100-dən çox üzvünün Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən mitinqdə saxlanıldığı barədə məlumat yayılıb.
Yanvarın 11-də hərəkat üzvləri Rusiyanın İrəvandakı səfirliyi qarşısında ikinci mitinq keçirib, 300-ə yaxın insan iştirak edib.
Səfirliyin binası polis tərəfindən mühasirəyə alınıb.