İranda 4 aydır ki, 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbi ilə etiraz aksiyaları davam edir.
Ednews "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, ötən ilin dekabrın əvvəllərində Təbrizdə etirazlar çərçivəsində həbs edilən 16 yaşlı Əmir Rza Baqiri “İranın rəhbərini təhqir etmək” və “rejim əleyhinə təbliğat aparmaq”da ittiham olunub və eyni ittihamlarla mühakimə olunması gözlənilir.
Qeyd edək ki, nümayişlərdə 547 nəfər həlak olub.
Oğuz Ayvaz