“Bu REKLAM DEYİL, şüurlu seçimdir! Bayaq nar şirəsi almaq üçün mağazaya getdim: yaxınlıqdakı rəfdə iki istehsalçının şirələri var idi, solda Ermənistan, sağda Azərbaycan.
Azərbaycan şirəsi aldım - sağdakını. Niyə? Butulka, qablaşdırma, etiket çox daha estetik və cəlbedicidir. Amma əsas odur ki, Azərbaycan düzgün ölkədir, Rusiyaya dostdur. Rusiya Federasiyasına ixrac edilən Azərbaycan məhsulları ən ciddi keyfiyyət nəzarətindən keçir”.
Ednews xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb.
Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir, Rusiya Silahlı Qüvvələrinə qarşı boş bəyanatlar səsləndirilir, İrəvan Rusiya hərbi bazasını bağlamaqla, KTMT-dən çıxmaqla hədələyir:
“Ona görə də mən və digər ruslar erməni məhsulunu almayacağıq, nankor ölkəyə, nankor cəmiyyətə niyə sponsorluq edək”.