Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərmək barədə qərar qəbul edəcək.
Ednews xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia”yayıb.
Bildirilib ki, Aİ-yə üzv 27 ölkənin XİN rəhbərləri yanvarın 23-də bu məsələni müzakirə edəcək. Missiyanın göndərilməsi Cənubi Qafqazda sabitliyə töhfə verməlidir.