Milliyyətcə erməni olan rusiyalı tennisçi Karen Xaçanov Avstraliya Açıq çempionatının 1/4 finalına yüksəlib və Avstraliyanın “Channel9” kanalının kamerasına yenidən Qarabağdakı qondarma rejimə (“Arsax") həmrəylik mesajı yazıb.
Ednews xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
"Sona qədər inanın! “Arsax” (qondarma rejimi nəzərdə tutur), güclü ol!!!", deyə o, qeyd edib. Yeri gəlmişkən, bu insidentlə bağlı təcili olaraq Beynəlxalq Tennis Federasiyasına etiraz notası göndərilməlidir.
Qoy erməni idmançıya və ümumiyyətlə Avstraliya Açıq çempionatının təşkilatçılarına qarşı tədbir görülsün, sanksiyalar tətbiq olunsun, əks halda ermənilər bu axmaqdan sonra nəinki idmanda, digər idman növlərində də belə həyasızlıqlarını təkrar edəcəklər.