Basarkeçərdə diri-diri yanan erməni əsgərlər zəhərləniblər - Valideynlərin ETİRAZI - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Basarkeçərdə diri-diri yanan erməni əsgərlər zəhərləniblər - Valideynlərin ETİRAZI

Dünya A- A A+
Basarkeçər rayonunun Ağkilsə kəndində kazarma kimi istifadə edilən mal damında diri-diri yanan erməni əsgərlərin valideynləri istintaqın versiyasına inanmırlar. Onlar övladlarının zəhərləndiklərini iddia edirlər.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” nəşri yayıb. 
 
Rostom Asryanın atası Artak hesab edir ki, əsgərlər zəhərlənib, yanğın başlayanda onlar artıq ölüblər. Deyir ki, hərbçilərin yaşadığı ev ağacdan tikilib və köhnə olub: “Qapılar bir neçə nəfər tərəfindən asanlıqla sındırıla bilərdi”.
 
Ölən gənc Vard Asryanın anası inanmır ki, əsgər beş litrlik benzin qutusu ilə sobanı yandırmağa cəhd etsin. 
 
O anlamır ki, yanğın zamanı bayırda pəncərələri sındıran insanların qışqırığından niyə gənc oğlanlar oyanmayıblar. 
 
Valideynin fikrincə, əsgərlər zəhərin təsirindən sadəcə olaraq yatıblar. 
 
Xatırladaq ki, yanğında 15 əsgər ölüb. Xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabit də işdən çıxarılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...