İran prezidentinin xanımının QALMAQALLI QONAĞI - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İran prezidentinin xanımının QALMAQALLI QONAĞI

Dünya A- A A+

İran prezidentinin xanımının qalmaqallı qonağı Tehranda restoranlardan birində hicabsız görünür, canlı musiqi də ifa olunur.

Ednews xəbər verir ki, bu barədə görüntülər “Azad İran” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, Tehranda Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi bir neçə gün öncə qadınlarla iş üzrə İranın vitse-prezidentinin rəsmi qarşılanması ilə baş tutub. Konqresə qatılan qonaqlar arasında livanlı Maya Səbbağ video yayımlayaraq müzakirələrə səbəb olub.

Bu videoda o, Tehranda canlı musiqinin səsləndiyi restoranda hicabsız görünür. 

Qeyd edək ki, livanlı Maya Səbbağ bu ölkənin virtual məkanının məşhurlarından biridir. Onun cəmi 25 yaşı var.

Görünür, məcburi hicabla bağlı sərt qadağalar və məhdudiyyətlər yalnız İranın sadə və əli yalın qız və qadınlarına aiddir və bədnam “Əxlaq” polisi, xalqın qanına susamış SEPAH və Bəsic qüvvələrinin gücü təkcə onları əzməyə və öldürməyə çatır.

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...