Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın "Truphone" telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta satılıb.
Ednews oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, şirkətin yeni sahibləri işlənmiş avtomobillərlə məşğul olan türkəsilli alman iş adamı Hakan Koç və onun biznes tərəfdaşı, əvvəllər telekommunikasiya sənayesi ilə əlaqəli olan Pirros Kussiosdur. Britaniya şirkətinin aktivlərinin 90%-i Koç, 10%-i isə Kussiosa çatıb.