“2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq” - ABŞ generalı - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

“2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq” - ABŞ generalı

Dünya A- A A+

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan xidməti qeydində Birləşmiş Ştatların 2025-ci ildə Çinlə müharibəyə başlayacağını yazıb və tabeliyində olanları müharibəyə hazırlaşmağa çağırıb.

Ednews xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Nəqliyyat Komandanlığının nümayəndələrindən biri xidməti qeydin gerçəkliyini təsdiqləyib.
Belə ki, generalın fikrincə, Çinin hakimiyyət orqanları Tayvana nəzarət etmək üçün 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edə bilər.

Qeydə əsasən Pekin adanı öz ərazisi hesab etsə də, Tayvanı 1949-cu ildən müstəqil siyasət aparır. 2022-ci ilin avqustunda Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfərindən sonra regionda vəziyyət gərginləşib.

Bizim.Me

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...