Xəbər verdiyimiz kimi, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələ baş verib. Nəticədə 700 nəfər xəsarət alıb, 2 nəfər ölüb.
Ednews xəbər verir ki, Telegram kanalları zəlzələnin fəsadları ilə bağlı görüntüləri yayıb.
Qeyd edək ki, Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.