Kiyevə səfərindən bir müddət əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen Ukraynanı əmin edib ki, Avropa İttifaqının uzunmüddətli dəstəyinə arxalana bilər.
Ednews xəbər verir ki, informasiyanı Spiegel nəşri yayıb.
“Biz heç bir “əgər” və “amma” olmadan Ukraynanın tərəfindəyik”, - Avropa Komissiyasının rəhbəri bildirib.
O, bu barədə Almaniyanın Xristian Demokratik Partiyasının (CDU) Düsseldorfdakı tədbirində danışıb.
Diplomat qeyd edib ki, Aİ ehtiyacı olduğu müddətcə Ukraynaya dəstək göstərəcək.