Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu tədarük edəcək.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü məlumat verib.
O bildirib ki, 155 mm. 12 özüyeriyən haubitsa yaxın həftələrdə gətiriləcək.
Qeyd edilib ki, yaya qədər Ukraynadan olan 2 minə yaxın əsgər Fransa ərazisində təlim keçəcək.