İrana qarşı hərbi güc tətbiq edilə bilər.
Ednews xəbər verir ki, bu etirafla İsrailin baş naziri Binyamin Netanyahu CNN telekanalına açıqlamasında çıxış edib.
Netanyahunun sözlərinə görə, İran “müharibə” istəmir, çünki uduzacağını bilir və bu məsələdə “çox ehtiyatlı” davranır.
"Onun (İranı nəzərdə tutur) hərəkətlərinin qarşısının alınması uğursuz olarsa, o zaman bizim təsirli cavab verməkdən başqa seçimimiz qalmayacaq” deyə baş nazir qeyd edib.