Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgəncələr verir və onu öldürür.
Ednews bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski Saakaşvilinin fotosunu göstərib və qeyd edib ki, fotolar ona avstriyalı həmkarı ilə görüşdən əvvəl verilib.
Onun sözlərinə görə, Saakaşvili əvvəlcə zəhərlənib, indi isə yavaş-yavaş öldürülür.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra Gürcüstana gələrkən saxlanılıb. O, sərhədi qanunsuz keçməkdə ittiham olunub.