ABŞ hərbçiləri hesab edirlər ki, Cənubi Karolina sahilləri yaxınlığında vurulmuş Çin aerostatının qalıqlarının toplanması əməliyyatı “nisbətən sürətli” olacaq.
Ednews xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ müdafiə idarəsinin yüksək rütbəli vəzifəsinə istinadla informasiya yayıb.
Mənbə yazır ki, zondun qalıqlarının çıxarılması həftələr və ya aylar qədər vaxt aparmayacaq. Ola bilsin ki, bu əməliyyat nisbətən tez başa çatsın.
Xatırladaq ki, qalıqlar yeddi mil (təxminən 11 kilometr) məsafəyə səpələnib. Cihaz Amerika sahillərindən altı dəniz mili məsafədə AIM-9X raketi ilə vurulub.