İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə münasibətində kompromisdən danışıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.
"Putinlə münasibətlərimizdə biz İsrailin maraqlarına xidmət edən və Rusiyanın milli maraqlarını pozmayan kompromis tapdıq. Beləliklə, hər kəs öz tərəfindən hərəkət etmək qərarına gəldi". Netanyahu Fransanın “LCI” telekanalına müsahibəsində belə deyib.
“Rusiya-Ukrayna münaqişəsində İsrail Kiyevi dəstəkləyir, lakin ona silah göndərmir”, deyə o, əlavə edib.
“Ancaq hökumətimiz Ukraynaya silah göndərilməsi məsələsinə yenidən baxacaq”, baş nazir yekunlaşdırıb.