İran prezidenti İbrahim Rəisi İranın şimal-qərbindəki Urmiya əyalətində baş verən zəlzələdən bir həftə sonra zərər çəkən rayonları ziyarət etmək üçün azərbaycanlıların yaşadığı Xoy şəhərinə gəlib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı IRNA agentliyi yayıb.
O, səfəri zamanı "Xoy şəhərində zəlzələdən zərər çəkmiş sakinlərin problemlərini həll etmək ölkə hökumətinin və hakimiyyət orqanlarının vəzifəsidir" sözlərini deyib.