İsrailin Ankaradakı səfirliyi zəlzələnin yol açdığı dağıntılar və tələfatlarla bağlı Türkiyəyə başsağlığı verib.
Ednews xəbər verir ki, bununla bağlı diplomatik korpusun tviter səhifəsində paylaşım edilib.
“Bu gün sabaha sarı yaşanan zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə tvitdə qeyd olunub.