NATO ölkələri Türkiyəyə dəstək üçün qüvvələri səfərbər edir.
Ednews xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Twitter“də yazıb.
“Bu dəhşətli zəlzələdən sonra müttəfiqimiz Türkiyənin yanındayıq. Prezident Ərdoğan və xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə əlaqə saxlayıram və NATO müttəfiqləri hazırda Türkiyəyə dəstək üçün qüvvələri səfərbər edir” – Stoltenberq bildirib.