Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı tarixçi alim İlber Ortaylıdan mühüm çağırış edib.
Ednews xəbər verir ki, İlber Ortaylı sosial media hesabında qeyd edib:
“Yardım. Yardım. Yardım. Türkiyənin ən böyük tekstil şəhərlərindən olan İstanbul, Dənizli, İzmir və Qaziantep başda olmaqla, heç kim bu qışda soyuqda qalmamalıdır. Dövlətin dəstəyi ilə zavodlar könüllü çalışmalı, yardıma qaçmalıdır. Televiziyalar yardım proqramlarına başlamalıdır”.
Qeyd edək ki, bu saatlara olan son məlumata görə, Türkiyədə son 100 ilin ən dağıdıcı zəlzələsi qurbanlarının sayı 2921 nəfərə çatıb. 15 834 nəfər xəsarət alıb, 8 minə yaxın bina dağılıb.
Oğuz Ayvaz