Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalan 14 yaşlı Can adlı uşaq 24 saatdan sonra çıxarılıb.
Ednews Türkiyənin NTV saytına istinadən xəbər verir ki, Can bir gün sonra mərkəzdə Trabzon küçəsində evin dağıntıları altından çıxarılıb.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı durmadan artır. Son məlumata görə, 3432 nəfər həyatını itirib, 21 103 nəfər isə xəsarət alıb.
Oğuz Ayvaz