Fransada karikaturlar yayımlayan "Charlie Hebdo" jurnalı Türkiyədəki zəlzələ ilə bağlı alçaq bir hərəkətə imza atıb.
Ednews xəbər verir ki, nəşr bu barədə Tvitterdə paylaşım edib.
"Charlie Hebdo" PKK terror təşkilatının "Türkiyə Silahlı Qüvvələri kürdlərin yaşadığı şəhərləri bombalayır” kimi cəfəng təbliğatına işarə edərək, zəlzələ ilə bağlı “Tankları göndərməyə ehtiyac qalmadı” sözlərini yayımlayıb.
Bu cür həssas dönəmdə jurnal Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələləri lağa qoyub.
Oğuz Ayvaz