Zəlzələdən sonra dünya şöhrətli aktyorlar Russell Crowe, Dua Lipa və Mark Eliyahu da daxil olmaqla bir çox sənətçi sosial mediada Türkiyəyə başsağlığı mesajı yazıb.
Ednews Haber Türkə istinadən xəbər verir ki, oskarlı aktyor Russell Crowe şəxsi Twitter hesabında "Ay Türkiyə... Ürəyim... Xəbər çox pisdir..." sözlərini paylaşıb.
Aktyor və rejissor Antonio Banderas İnstaqram hesabında mesajında zəlzələnin baş verdiyi bölgənin xəritəsini paylaşaraq, faciə ilə əlaqədar Türkiyə və Suriya xalqını həmrəylik hissi ilə qucaqladığını bildirib.
3 Grammy mükafatının sahibi, britaniyalı müğənni Dua Lipa, Yiğit Turhanın paylaşımını şəxsi İnstaqram hesabında paylaşaraq, "Türkiyə üçün üzr istəyirəm. Zəlzələdən zərər çəkənlərə sevgi və dualarımı göndərirəm" sözləri ilə kədərini ifadə edib.
"Ulduz yolu" filminin aktyoru Corc Takei "Türkiyə və Suriyada baş verən iki güclü zəlzələ nəticəsində dağıntılar və insan tələfatı qarşısında dilim tutuldu və viran qaldım. Dünya minlərlə qurbana kömək etmək üçün əlindən gələni etməlidir..." sözlərini paylaşdı.
Rusiyalı pianoçu Evgeni Qrinko İnstaqram hesabında zəlzələ ilə bağlı kədərini ifadə edərək, "Başsağlığı verirəm. Ürəyim sizinlədir..."
İsrailli musiqiçi Mark Eliyahu İnstaqramda Türkiyə və Suriya bayraqlarını yerləşdirərək "Ürəyim səninlə..." mesajını paylaşıb.
İsveçli gitarist Y. Malmsteen də Twitter hesabında "Dualarım zəlzələdən zərər çəkən Türkiyə və Suriya xalqının yanındadır..." sözlərini paylaşıb.
Aynurə İsmayılqızı