“70-dən çox ölkə Türkiyəyə yardım təklif edib”.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı çıxışında danışıb.
Onun sözlərinə görə, zəlzələ bölgəsinə 100 milyard TL (5.3 milyard dollar) ayrılıb.
Türkiyə lideri qeyd edib ki, zəlzələlər olan Türkiyə ərazilərində 13 milyon əhali yaşayır.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 3549 nəfər ölüb, 22 168 nəfər yaralanıb.