Zəlzələ qurbanlarının sayı 8574-ə çatdı - SON DƏQİQƏ - YENİLƏNİB - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Zəlzələ qurbanlarının sayı 8574-ə çatdı - SON DƏQİQƏ - YENİLƏNİB

Dünya A- A A+
Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.
 
Ednews xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

*** 

12:40

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb.

Ednews  xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir. 

***

12:02

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Ednews xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.  
 
Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir. 
 
10:43

Türkiyədə zəlzələdə ölənlərin sayı 6234 nəfərə çatıb.  

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Ednews xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

*** 
09:05
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
 
Ednews xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
 
Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
 
“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.
 
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...