Serj Sarkisyan Seyran Ohanyanın işi üzrə dindirildi - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Serj Sarkisyan Seyran Ohanyanın işi üzrə dindirildi

Dünya A- A A+
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sabiq müdafiə naziri, müxalifətin “Hayastan” fraksiyasının deputatı, Xocalı qatili Seyran Ohanyana qarşı sui-istifadə ittihamı ilə dindirilib. 
 
Ednews “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bunu parlamentdə Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib.
 
"Bu iş çərçivəsində üçüncü prezident ifadə verib. O, dindirilib", - deyə baş prokuror  qeyd edib.
 
Eyni zamanda baş prokuror vurğulayıb ki, Sarkisyanın birbaşa göstərişi ilə sui-istifadə hallarının baş verdiyinə dair birbaşa sübut yoxdur. Lakin sənədlərin birində Ohanyan əllə yazıb ki, bu məsələni prezidentlə müzakirə edəcək.
 
Qanunverici orqan baş prokuror Anna Vardapetyanın keçmiş nazir və “Hayastan” fraksiyasının hazırkı rəhbəri Seyran Ohanyanın mənimsəmədə və xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunaraq məhrum edilməsi barədə vəsatətini müzakirə edir. 
 
Ötən gün verilən vəsatətlərdən biri bağlı qapılar arxasında müzakirə aparılıb. Ohanyanın özü müzakirədə iştirak etməyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...