İngiltərə kralı III Çarlz məscidə gedib. O, məscidə daxil olarkən ayaqqabısını çıxarıb. Bu zaman III Çarlzın corabının yırtılmış olduğu görünüb.
Ednews xəbər verir ki, o, bu səbəbdən gülüş hədəfinə çevrilib.
Olayla bağlı Britaniya ictimaiyyəti iki hissəyə bölünüb. Bəziləri baş verənləri normal hal kimi qəbul edərək kralın köməkçilərinə əlahəzrətə yeni corab almağı məsləhət görüblər. Onlar III Çarlzın da “hər kəs kimi bir insan” olduğunu bildiriblər.
Digərləri isə hadisəni öncədən qurulmuş teatr adlandırıb, Karl və onun tabeliyində olanları qınayıb.