Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Ednews bu barədə "Haber Global"a istinadən xəbər verir.
İki ölkə lideri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.
Qeyd edək ki, Qətər əmiri zəlzələdən sonra Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.
***
13:15
Qətər əmiri Təmim bin Həməd Al Tani Dohadan Türkiyəyə yola düşüb.
Ednews xəbər verir ki, bu barədə Qətərin "QNA" xəbər agentliyi bildirib.
Məlumata əsasən, o Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.
Qətər əmiri episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk ölkə lideri olacaq.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.