NATO-nun internet saytları, o cümlədən alyansın Xüsusi Əməliyyatlar Qərargahı haker hücumuna məruz qalıb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspertlər NATO-nun bir neçə internet saytına təsir edən insidenti fəal şəkildə araşdırırlar.
Alyans başqa heç bir məlumat verməyib, yalnız qeyd edib ki, qurum daim haker təhdidləri ilə üzləşir və kiberməkanda təhlükəsizliyin təmin edilməsi məsələsinə çox ciddi yanaşır.
“DPA” əlavə edib ki, sosial şəbəkələrdə, xüsusən də tviterdə hücumun arxasında rusiyayönümlü “Killnet” qrupunun fəalları dayanır.
Oğuz Ayvaz