Türkiyənin zəlzələ baş verən Hatay şəhərinin Antakya rayonunda səfərdə olan Ermənistan XİN başçısı Ararat Mirzoyan Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə İpək Yolu (Ani) körpüsünün bərpası barədə razılığa gəliblər.
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan məlumat verib.
“Bu gün Ararat Mirzoyanla zəlzələ baş verən ərazilərdən sonra Ankaranı ziyarət etdik və Türkiyə xarici işlər naziri ilə görüşdük. Ortaq səylərlə bir hissəsi Ermənistan, digər hissəsi isə Türkiyə ərazisində yerləşən İpək Yolu (Ani) körpüsünün bərpası barədə razılığa gəldik”.
Xüsusi nümayəndə iki ölkənin sərhədində yerləşən Marqara körpüsünün normal vəziyyətdə olduğunu da qeyd edib.