Macarıstan hökuməti Ukrayna Ali Radasının deputatı Viktor Baloqanın ölkəyə girişinə qadağa qoyub.
Ednews xəbər verir ki, bu barədə ukraynalı deputat özünün “Facebook” hesabında m’lumat verib.
"Mən zəmanəmizin kiçik siması Orbandan (Macarıstanın Baş naziri Viktor Orbanı nəzərdə tutur) mükafat aldım. Macarıstanın milli təhlükəsizliyi üçün əngələ çevrilirəm.
Ukraynanın milli dövlət rəmzinin yarandığı gün Macarıstan hakimiyyətinin məndən "qorxması" əlamətdar hadisədir", - deyə deputat qərarı şərh edib.