Türkiyədə xilasedicilər son 24 saat ərzində dağıntılar altında 258 saat qalan 17 yaşlı qız da daxil olmaqla bir neçə sağ qalmış insan çıxarıblar.
Ednews euronews-a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədə artıq 38 mindən çox insan ölüb, 105 mindən çox insan isə yaralanıb. Qonşu Suriyada baş verən fəlakətli zəlzələdə azı 6 min insan həlak olub.
ÜST-ün hesablamalarına görə, Türkiyə və Suriyada təxminən 26 milyon insanın humanitar yardıma ehtiyacı var.
Stefan Düjarrik, BMT Baş Katibinin sözçüsü: "BMT-nin Baş katibi xatırladıb ki, Türkiyə dünyada ən çox qaçqının məskunlaşdığı ölkəyə çevrilib və bu illər ərzində qonşusu olan Suriyaya qarşı böyük səxavət nümayiş etdirib. Eyni münasibəti Türkiyəyə göstərmək vaxtıdır. Türkiyəyə dəstək olmaq zamanıdır"
Zinyət