Misir Milli Seysmoloji Şəbəkə stansiyaları Misirin Rəfah şəhərinin şimalında Rixter şkalası ilə 6,4 bal gücündə zəlzələ qeydə alıb.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, Milli Astronomiya və Geofizika Tədqiqatları İnstitutunun rəhbəri doktor Cad Əl-Qadi bu gün verdiyi açıqlamada zəlzələnin saat 19:04-də, Rafahdan 552 km şimalda, 21,40 km dərinlikdə baş verdiyini bildirib.
İnstitutun məlumatına əsasən zəlzələ nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, zəlzələ Qahirə şəhəri və onun ətrafında olan şəhərlərdə də hiss edilib.
Xatırladaq ki, Misirdə sonuncu dəfə zəlzələ 1992-ci ildə Giza şəhərində rixter şkalası ilə 5.8 bal gücündə olub. Zəlzələ nəticəsində şəhərin bir çox binaları dağılıb, 561 nəfər həlak olub, 12392 nəfər yaralanıb, 50000 nəfər evsiz qalıb.
Loğman Yunis