Bu il təsis edilən ilk Çeçenistan Respublikası Qəhrəmanı adına Ramzan Kadırov layiq görülüb.
Ednews TASS-a istinadən xəbər verir ki, mükafatı Kadırova respublika parlamentinin sədri Maqomed Daudov təqdim edib.
Çeçenistan Respublikası Qəhrəmanı medalı 70 qram çəkisi olan 750 əyarlı qızıldan hazırlanmış səkkizguşəli ulduzdur.
Medal sahibi xüsusi sosial müavinətlərdən və nağd pul mükafatından istifadə edəcək.