İrandakı müəmmalı zəhərlənmələr Ərdəbildə də qeydə alınıb.
Ednews xəbər verir ki, zəhərlənmələr Ərdəbilin 7 məktəbində qeydə alınıb.
Bildirilir ki, 108 şagird xəstəxanaya yerləşdirilib. Tehran şəhərində də bu gün şagirdlər arasında zəhərlənmələr qeydə alınıb.
Qeyd edək ki, İranın Qum və Burucerd şəhərləri də daxil olmaqla bir sıra yerlərdə məktəblilərin zəhərlənənməsi halları artmaqdadır.