Rusiya 17 hərbçinin cəsədini Ukraynaya TƏHVİL VERDİ - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Rusiya 17 hərbçinin cəsədini Ukraynaya TƏHVİL VERDİ

Dünya A- A A+

Martın 3-də Ukrayna və Rusiya arasında hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçirilib, Ukraynaya 17 meyit təhvil verilib.

Ednews xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cəsədlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir.

Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı indiyədək 1426 ukraynalı hərbçinin meyiti qaytarılıb.

Fevralın 2-də Rusiya Federasiyası ilə meyitlərin ən böyük mübadilə prosesi baş tutub. Ukrayna 150-yə yaxın müdafiəçisinin cəsədini qaytarmağa nail olub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...