Türkiyənin cənubundakı Hatay vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mənbə yazır ki, yeraltı təkanların episentri təxminən 159 min nəfər əhalisi olan İsgəndərun şəhərindən 19 km şimalda yerləşib. Mənbə 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.