Şolts yenə erməniləri məyus etdi - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Şolts yenə erməniləri məyus etdi

Dünya A- A A+

Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı.

Ednews Trend-ə istinadən xəbər verir ki, bunu Berlində Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevlə mətbuata birgə keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı bu məsələ müzakirə olunmuşdu. Erməni mediası Almaniya Kansleri Olaf Şoltsun açıqlamasını fərqli formada tirajlamışdı. Erməni mediasında qeyd olunurdu ki, guya Olaf Şolts "Dağlıq Qarabağ" vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir.

Görüşdən sonra Almaniya hökumətinin saytında Almaniya kansleri Olaf Şoltsun sözügedən açıqlaması isə qeyd olunmamışdı, bu da ermənilər tərəfindən ciddi narazılıqla qarşılanmışdı.

Bu dəfəki açıqlamasında isə Şolts növbəti dəfə erməniləri məyus edib. Ermənilər ciddi cəhdlə elə bir görüntü yaratmağa çalışırdılar ki, guya Alamaniya siyasi rəhbərliyi onların separatçı fəaliyyətini dəstəkləyir.

Lakin Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Almaniya Kansleri Olaf Şolts jurnalistin "Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsızmı?" sualına "Beynəlxalq səviyyədə Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı və bununla da o vaxtı Almaniya öz mövqeyini bildirmişdi" deyə cavablandırdı.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...