Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Ednews xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 3 nəfər itkin düşüb. Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir:
“Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.
Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.