Roma Papası Fransisk planlaşdırılmış tibbi müayinələr üçün Romadakı Cemelli klinikasına yerləşdirilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Vatikan 86 yaşlı pontifikin klinikaya gedişi ilə bağlı təfərrüatları açıqlamasa da, bunun əvvəlcədən planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, 2021-ci ilin yayında Fransisk Gemelliyə yerləşdirilmişdi. O, bağırsaq əməliyyatı olmuş və 10 gün klinikada yatmışdı.