"TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazırıq".
Ednews xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.
Türkiyə rəhbəri bu barədə Macarıstan prezidenti ilə danışdlqlarını vurğulayıb.
“Bu baxımdan hədəfimizə doğru əzmlə irəliləyirik”, - deyə Ərdoğan deyib.