Xəbər verdiyimiz kimi, Finlandiya rəsmi olaraq NATO-nın 31-ci üzvü olub. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski açıqlama verib.
Ednews xəbər verir ki, Rusiya xarici işlər nazirliyi mövzuya sərt reaksiya verib.
Qurum qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olması Moskva ilə Helsinki arasında münasibətlərə mənfi təsir edəcək:
"Rusiya Federasiyasının sərhədlərində Alyansın təmas xəttinin genişləndirilməsindən sonra Şimali Avropada vəziyyət kəskin şəkildə dəyişəcək".