“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Əgər biz bu səviyyəyə çatmasaydıq, Türkiyə pilotsuz uçuş aparatları (PUA) istehsal etməsəydi, hava hücumundan müdafiə sistemlərini, hücum silahlarını, helikopterlər də daxil olmaqla bütün imkanlarımızı ortaya qoymasaydıq, Azərbaycan Qarabağı işğaldan azad etməkdə çətinlik çəkərdi”.
Ednews “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O vurğulayıb ki, Azərbaycan türkün gücünü döyüş meydanında bütün dünyaya göstərdi, işğal olunmuş torpaqlarını azad etdi.