Kamçatkada Şiveluç vulkanı püskürüb, nəticədə yaranan kül buludu 500 kilometr şimal-qərbə doğru yayılıb.
Ednews Rainews.it-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.
Rusiya Elmlər Akademiyasının Geofiziki Tədqiqatı deyir ki, Püskürmə nəticəsində yaranan, ölçüləri 400 kilometrə 270 olan və uzanmağa davam edən bulud cənub-qərbə doğru hərəkət edib.
"Davam edən fəaliyyət beynəlxalq və yerli hava nəqliyyatına təsir göstərə bilər" Kvert bildirib. Yerli hakimiyyət - Ust-Kamçatski bələdiyyəsinin rəhbəri Oleq Bondarenko bildirib ki, məktəblər bağlanıb və yaxınlıqdakı kəndlərin sakinlərinə evdə qalmaq əmr edilib. Kamçatkanın ən böyük və ən aktiv vulkanları arasında Şiveluçun son 10.000 ildə 60 püskürməsi olduğu təxmin edilir. Sonuncu böyük püskürmə 2007-ci ildə olub.
Mehri Ağayeva