“İndi oyun qaydalarını biz diktə edirik. Bütün sahələrdə sözümüzü deyirik. Artıq Türkiyə həm meydanda, həm də masada güclüdür”.
Ednews xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə öz sözünü deyir.
“Türk dövlətləri yeni müstəqillik qazananda bizim gücümüz bu qədər çox deyildi. İndi isə biz bütün türk dövlətlərini birləşdiririk. İnşallah, əlaqələrimizi daha da gücləndirəcəyik. Hazırda birlikdə strateji layihələr üzərində çalışırıq. Türkiyənin ikinci yüz ili bütün Türk dünyasının əsri olacaq”, - nazir vurğulayıb.