İndoneziya sahilləri yaxınlığında 6.2 bal gücündə zəlzələ olub.
Ednews xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəz məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Ambon şəhərindən 346 km cənub-qərbdə, təxminən 355 min nəfər əhalisi olan Banda dənizində yerləşib.
Yeraltı təkanların mərkəzi 20 km dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə məlumat verilməyib.