ABŞ səlahiyyətliləri ABŞ səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin Sudandan təxliyəsini başa çatdırıb.
Ednews-un məlumatına görə, bu barədə mənbələrə istinadən “The Washington Post“ qəzeti yazıb. Nəşrin məlumatına görə, təxliyə əməliyyatı yerli vaxtla bazar günü səhər həyata keçirilib.
Dövlət Departamentinin hesablamalarına görə, Sudanda 16 minə yaxın amerikalı var və onların əksəriyyəti ikili vətəndaşlığa malikdir.