İki qardaş ölkənin bayrağını yandırmaq 95 milyonluq insanı qarşısına almaq deməkdir - Türkiyəli generaldan AÇIQLAMA - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

İki qardaş ölkənin bayrağını yandırmaq 95 milyonluq insanı qarşısına almaq deməkdir - Türkiyəli generaldan AÇIQLAMA

Dünya A- A A+

Aprelin 23-də İrəvanda qondarma erməni soyqırımı ilə bağlı edilən yürüşün ilk dəqiqələrində iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılmasını Ednews-a açıqlamasında şərh edib.

O bildirib ki, bayraq dövləti ən üst səviyyədə təmsil edən, dövlətin hüquqlarını, ərazi bütövlüyünü təmsil edən bir simvoldur.

“Ötən gün Azərbaycan və Türkiyə bayraqlarının İrəvanda yandırılması planlı şəkildə olub. Bu hadisəni birdən çox mövqedə dəyərləndirmək olar. Bayrağın yanması sadəcə ermənilərin və yaxud etirazçıların yandırdığı kimi görünmür. İki qardaş ölkənin bayrağını yandırmaq 95 milyonluq insanı qarşına almaq deməkdir. Müharibə dövründə məğlub olan Ermənistanın xalqı çörəyi güclə tapır. Ən əsası ermənillər orduya getmək belə istəmir. Bu kimi hallarda millətin bu cəsarəti göstərməsi mümkün deyildi”.

General Ermənistan dövlətinin və millətinin niyyətini necə oluğunu vurğulayıb:

“Xüsusən onlar bayraqları 24 aprel erməni soyqırım günü yandırıblar. Dünyaya həmişə olduğu kimi yalan deməyə çalışırlar. Əsas soyqırıma Osmanlı imperiyasında yaşayan türklər və Azərbaycan ərazisindəki azərbaycanlılar məruz qalıblar. Ən əsas isə birinci Qarabağ müharibəsində 300 minə  yaxın Ermənistandan köçürülən xalq və 700 min yurdlarından çıxarılan Azərbaycan xalqı yaşayıb. Buna görə də Azərbaycan və Türkiyə həmişə bu olanları dünyaya çatdırmaq üçün çalışır”.

Aysel Şahmar



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...